İsrailin Qəzza zolağının sərhədlərində bufer zona yaratması cinayət və açıq hücum olardı. Bunu Fələstinin HƏMAS hərəkatının rəhbərliyinin üzvü Usamə Həmdan deyib.
“İşğalçı (yəni İsrail – TASS) qüvvələrinin Qəzza zolağının sərhədlərində təhlükəsizlik bufer zonası yaratmaq planları cinayət və torpaqlarımıza açıq-aşkar hücum təşkil edir”, – Əl-Cəzirə telekanalı onun sözlərini sitat gətirib.
“Sionist (yəni İsrail – TASS) rəhbərliyinin Qəzza zolağının gələcəyi ilə bağlı Avropa ölkələrinə təklif etdiyi şeylər onun gerçəkləşməyəcək arzularını əks etdirir”, – Həmdan vurğulayıb. (Tass)