Türkiyə İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu təsdiqləyib. Müvafiq qanunun mətni rəsmi hökumət qəzeti Resmi Gazetenin əlavə sayında dərc olunub.
“2022-ci il iyulun 5-də Brüsseldə imzalanmış “İsveç Krallığının Şimali Atlantika Müqaviləsində iştirakı haqqında Protokol”un təsdiq edilməsi məqsədəuyğun hesab edilir. Qanun dərc edildiyi gündən qüvvəyə minir. Bu qanunun müddəaları Prezident tərəfindən təmin edilir”, mətndə deyilir.
Belə ki, qəzetdə dərc edildikdən sonra üzvlük protokolu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiq edilmiş sayılır. Əvvəllər parlament tərəfindən təsdiqlənib. (Tass)