Avqust 21, 2025-7:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan gəmiçilərinin Britaniya şirkəti tərəfindən peşəkar kadr kimi yetişdirilməsi planlaşdırılır

2024:01:26 - 12:07
in SİYASƏT
A A

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev və “V.Ships”in baş əməliyyat direktoru Allan Falkenbergin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə tərəflər arasında həyata keçiriləcək müxtəlif istiqamətlər üzrə layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, əsas layihələrdən biri üzən heyətin inkişafını nəzərdə tutur. Bu proqram çərçivəsində yeni gəmi seqmentinə daxil olan ASCO üçün yerli peşəkar kadrların yetişdirilməsi planlaşdırılır. Proqrama uyğun olaraq ASCO-nun gəmilərində çalışan sıravi heyət üzvləri, eləcə də ASCO-nun təhsil müəssisələrində oxuyan istedadlı tələbələr 3-6 ay ərzində “V.Ships”in idarə etdiyi gəmilərdə təcrübə keçəcəklər. Proqramı uğurla başa vuranlar imtahan olunaraq ASCO-nun yeni tip gəmilərində işlə təmin ediləcəklər.

“V.Ships” beynəlxalq tələblərə uyğun hazırlanan imtahan əsasında ASCO gəmilərində çalışan komandir heyəti üzvlərinin həm nəzəri, həm də praktiki bilik və bacarıqlarının qiymətləndirilməsini də həyata keçirəcək. Bu imtahan ASCO-ya güclü komandir heyəti bazasının formalaşdırılmasına imkan verəcək. İmtahandan aşağı nəticə göstərənlər isə xüsusi təkmilləşdirmə proqramına cəlb olunacaqlar.

Tərəflər arasında kadr tələbatının təmin olunması məsələsi də müzakirə olunub.

Bildirilib ki, yerli kadrlar kifayət etmədiyi halda ASCO-nun Qara və Aralıq dənizi hövzəsində fəaliyyət göstərən tanker və quru yük gəmilərinə “V.Ships” müvafiq dəstək göstərəcək. Razılaşmaya əsasən, ASCO-da tətbiq olunan əmək haqqı sisteminin qiymətləndirilməsi və beynəlxalq bazarlarda tətbiq olunan əmək haqqı sistemləri ilə müqayisəsi də aparılacaq. Nəticələrə uyğun müvafiq hesabat və təkliflər hazırlanacaq.

Bundan başqa, üzən heyətin idarə olunması sisteminin qiymətləndirilməsi də həyata keçiriləcək. Bu, beynəlxalq miqyasda fəaliyyət göstərən ASCO-ya gələcəkdə heyətin idarə edilməsi istiqamətində daha mütərəqqi metodların tətbiqinə imkan verəcək.

Sahil heyəti üçün nəzərdə tutulan təcrübə mübadiləsi proqramı çərçivəsində isə “V.Ships”in beynəlxalq ofislərinə səfərlər təşkil olunacaq. Bu proqrama insan resurslarının, gəmi maliyyəsinin və əməliyyatlarının idarə edilməsi, satınalma, dəniz üzgüçülüyünün təhlükəsizliyi, donanmanın texniki istismar xidməti üzrə sahələrdə çalışanlar cəlb olunacaqlar. Onlar təcrübə mübadiləsi müddətində istifadə olunan elektron sistemlər, idarəetmə metodlarına dair yeni təcrübələri öyrəncəklər.

Bütün bunlarla bərabər, ASCO-ya məxsus gəmilərin birində “V.Ships”in “ShipSure” rəqəmsal platforması pilot layihə olaraq tətbiq ediləcək. 6-9 aylıq layihənin əsas məqsədi planlı təmir, gəmi maliyyəsi, heyətin idarə edilməsi, satınalma üzrə sistem və proseslərinin, SƏTƏM, gəmi əməliyyatları, sənədlərin idarə edilməsi kimi modulların istifadəsini təkmilləşdirməkdir.

Əvvəlki Yazı

Azərbaycanda rəqəmsal əkiz sisteminin yaradılması ilə bağlı layihə həyata keçiriləcək

Növbəti Yazı

Bakıda Mir Cəlal Paşayevin alman dilinə tərcümə edilmiş “Füzuli sənətkarlığı” kitabının təqdimatı olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.