BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk Alabama ştatında (ABŞ) azotdan boğularaq edam edilən məhbusdan dərin təəssüf hissi keçirdiyini bildirib. Cenevrədə verdiyi bəyanatda o, bu metodun işgəncə və ya qeyri-insani və ləyaqəti alçaldan rəftara bərabər ola biləcəyi ilə bağlı ciddi narahatlıqların mövcudluğuna diqqət çəkib.
“Bu yeni, sınaqdan keçirilməmiş azot qazının boğulması metodunun işgəncə və ya qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara bərabər ola biləcəyi ilə bağlı ciddi narahatlıqlara baxmayaraq, Alabamada Kennet Eugene Smith-in edam edilməsindən dərin təəssüflənirəm” deyib Türk.
BMT-nin Ali Komissarı ölüm cəzasının “əsas yaşamaq hüququ ilə bir araya sığmadığını” vurğulayaraq, bütün dövlətləri “ölüm cəzasının universal ləğvinə doğru addım kimi” onun istifadəsinə moratorium qoymağa çağırıb.
Təmiz azotdan istifadə edərək ölüm cəzası ABŞ-da həyata keçirilib, bu, ölüm hökmünün bu şəkildə icra edilməsi ilə bağlı ilk məlum hadisədir. Bu barədə yanvarın 25-də Alabama ştatının baş prokuroru Stiv Marşall məlumat verib. 1988-ci ildə bir qadını sifarişlə öldürməkdə təqsirli bilinən 58 yaşlı Kennet Smit Alabama ştatının Atmore şəhərində azotdan boğularaq edam edilib. (Tass)