Avqust 22, 2025-7:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Prezident seçkiləri: Səsvermə ölkə hüdudlarından kənarda ilk Cənubi Koreyada başlayacaq

2024:01:26 - 14:53
in SİYASƏT
A A

Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra ölkəmizdə keçiriləcək ilk seçki olan növbədənkənar prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması məqsədilə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Fevralın 7-də prezident seçkiləri ilə əlaqədar xaricdəki məntəqələrdə səsvermə prosesi ilk olaraq ölkəmizin Koreya Respublikasındakı səfirliyində yaradılmış məntəqədə başlayacaq.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahəyə aid digər qanunvericilik aktlarına uyğun olaraq, Cənubi Koreyada yaşayan vətəndaşlarımızın da seçki hüququnun təmin edilməsi məqsədilə ölkəmizin Seuldakı səfirliyi lazımi iş aparır. Seçki Məcəlləsinə uyğun olaraq Azərbaycanın Cənubi Koreyadakı səfirliyində seçki məntəqəsi yaradılıb, məntəqə seçki komissiyasının üzvləri, katibləri və sədri seçilib.

Cənubi Koreyada daimi yaşayan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan 18 yaşına çatmış vətəndaşlarımızın seçki hüququnun təmin edilməsi məqsədilə onlar qeydiyyata alınaraq səfirlik tərəfindən seçici siyahıları hazırlanıb və Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Səsvermədə iştirakla əlaqədar konsulluq qeydiyyatında olan vətəndaşlarımız məlumatlandırılıb, səfirliyin rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında məlumatlandırıcı paylaşımlar edilib. Bundan başqa, səfir Ramin Həsənov Cənubi Koreyada təhsil alan tələbələrimizlə görüşərək, onları səsvermədə fəal iştiraka dəvət edib.

Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq, prezidenti seçkiləri ilə əlaqədar səsvermə ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq 08:00-da başlayacaq və 19:00-da başa çatacaq. Azərbaycanın seçki məntəqələri yaradılmış diplomatik missiyalarında səsvermə ölkəmizin Koreya Respublikasındakı səfirliyində başlayacaq, ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulluğunda tamamlanacaq.

Əvvəlki Yazı

Türkiyənin xarici işlər naziri Qəzzada dərhal və tam atəşkəsin vacibliyini bəyan edib

Növbəti Yazı

İsveçrə və NATO ölkələrindən olan hərbi pilotlar İspaniyada təlim keçəcəklər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.