Avqust 22, 2025-12:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Professor: AŞPA-nın qərarının arxasında erməni lobbisinin təsir dairəsində olan “siyasətçi”lər dayanır

2024:01:26 - 14:54
in SİYASƏT
A A
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin təsdiq edilməməsi, dövlətimizə qarşı əsassız ittihamların səsləndirilməsi beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulması Azərbaycanın dövlət suverenliyinə hörmətlə yanaşılmamasının bariz nümunəsidir. AŞPA kimi beynəlxalq bir qurumun əsas öhdəliyi insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin müdafiəsi ilə məşğul olmaq, öz işində ədalət, bərabərlik və üzv dövlətlərin suverenliyinə hörmət prinsiplərinə əməl etməkdir. Təəssüf ki, uzun illərdir AŞPA erməni lobbisinin və onun tərəfdarlarının anti-Azərbaycan siyasətinin təsirindən kənara çıxa bilmir, Azərbaycanın haqq səsini eşitmir, daha doğrusu eşitmək istəmir. Azərbaycana qarşı yürütdükləri qərəzli siyasətin mahiyyətində azərbaycanofobiya və islamofobiya dayanır. Sözdə açıq dialoq və konstruktiv əməkdaşlığı təbliğ edən beynəlxalq birlik ikitərəfli və bərabərhüquqlu əməkdaşlıqdan imtina edərək Ermənistanın müdafiəçiləri kimi çıxış edərək Azərbaycana qarşı qarayaxma kompaniyası aparır. Onların bu destruktiv fəaliyyəti Cənubi Qafqazda gərginliyin artmasına, revanşist qüvvələrin fəallaşmasına, ermənilərin yeni təxribat törətməsinə, nəticədə isə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının yubadılmasına səbəb ola bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Fərrux Rüstəmov deyib.

Professor qeyd edib ki, Ermənistanın Azərbaycanın 20 faiz torpağını işğal etməsi, bir milyondan artıq insanın öz Vətənində didərgin düşməsi, Xocalının yer üzündən silinməsi, Qarabağda və onun ətraf rayonlarında minlərlə insanın vəhşicəsinə öldürülməsi, soyqırımına məruz qalması, şəhərlərin, kəndlərin, mədəniyyət ocaqlarının və dini məbədgahların dağıdılması ilə heç bir vaxt ciddi şəkildə maraqlanmayan, münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün AŞPA-nı düzgün format hesab etməyənlər bu gün Xankəndidən öz istək və arzusu ilə gedən ermənilərə havadarlıq edir. Bununla da yenə ikili standart sərgiləyirlər. Belə ki, 1987-1991-ci illərdə Qərbi Azərbaycandan – indiki Ermənistandan 300 mindən çox soydaşımızın deportasiyasını “unudur”, onların dinc və ləyaqətli şəkildə öz vətənlərinə, doğma ocaqlarına – Zəngəzura, Göyçəyə, Dərələyəzə qayıtması üçün Ermənistan dövlətinə təzyiq etmirlər. Deməli, AŞPA-nın Azərbaycana qarşı həyata keçirdiyi siyasətinin arxasında Fransa və erməni lobbisinin təsir dairəsində olan “siyasətçi”lər dayanır.

“AŞPA-nın bəzi üzdəniraq deputatlarını Cənubi Qafqazda yeni yaranan geosiyasi vəziyyət, 44 günlük Vətən müharibəsi və birgünlük antiterror tədbirləri ilə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası və fevralın 7-də prezident seçkilərinin keçirilməsi ciddi narahat edir. Zəfər seçkilərini müşahidə etməyə dəvət edilməyən avropalı deputatlar bunu Avropa Şurasını “zəiflətmək cəhdi” adlandırıblar, Azərbaycanın digər beynəlxalq qurumlara da qarşı olduğunu səsləndiriblər. Onlar qalib xalqın kimə səs verəcəyini yaxşı bilirlər”, – deyə F.Rüstəmov vurğulayıb.

Əvvəlki Yazı

İsveçrə və NATO ölkələrindən olan hərbi pilotlar İspaniyada təlim keçəcəklər

Növbəti Yazı

Avropada Azərbaycana qarşı sanki “səlib yürüşü”nə çıxmaq qərarı verilib – EKSPERT

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.