Türkiyənin xarici işlər naziri Hakan Fidan və Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Qara dənizdə təhlükəsizliyin təmin edilməsinin vacibliyini müzakirə ediblər.
“Görüş zamanı Qara dənizin təhlükəsizliyinin təmin edilməsinin vacibliyi qeyd edilib. Nazirlər Türkiyə ilə Böyük Britaniya arasında bütün sahələrdə, xüsusilə ticarət, iqtisadiyyat və müdafiə sənayesi sahələrində ikitərəfli münasibətləri gücləndirmək əzmində olduqlarını təsdiqləyiblər”, – mənbə bildirib. Bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bu arada, bir gün əvvəl Türkiyə Milli Təhlükəsizlik Şurası Montrö Konvensiyasının müddəalarının icrası çərçivəsində Qara dənizdə sülh və sabitliyin təmin edilməsi üçün səyləri davam etdirməyə hazır olduğunu bildirib. (Tass)