Növbədənkənar prezident seçkilərinə xarici medianın marağı böyükdür.
APA-nın xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.O qeyd edib ki, indiyədək Yaponiya, İtaliya, Almaniya, Türkiyə, Rusiya və digər ölkələrdən 23 media qurumunun 61 əməkdaşı seçki prosesinin işıqlandırılması üçün müraciət edib.