Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisidə işgüzar səfərdə olmuş Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmək imkanının verilməməsindən təəssüfləndiyini bildirib.
“Gürcüstan prezidenti Ermənistan Respublikasının baş nazirinin ölkəyə səfərini alqışlayır, lakin təəssüflənir ki, prezidentə Gürcüstana səfər edən dost ölkələrin liderləri ilə görüşmək və onlara lazımi qonaqpərvərlik göstərmək imkanı verilmir”, Zurabişvili Fcebook səhifəsində yazıb.
Gürcüstan prezidenti həmçinin ölkəyə yüksək səviyyəli səfərlər, görüşlər və ya planlaşdırılan tədbirlər barədə müvafiq idarənin ona məlumat verməməsindən təəssüfləndiyini bildirib.
Zurabişvili administrasiyası da 2022-ci ilin oktyabrında Tbilisidə işgüzar səfərdə olmuş Azərbaycan prezidenti İlham Əliyevlə görüş təşkil etmədiyini bəyan edib. (Tass)