Qəzza zolağının cənubundakı Xan Yunisdəki Nasser Xəstəxanası yaxınlığında davam edən döyüşlər səbəbindən tamamilə işıqsız qalıb. Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Onun müxbirinin hadisə yerindən verdiyi məlumata görə, Fələstin anklavında əsas tibb müəssisəsinin yaxınlığında şiddətli toqquşmalar gedir.
Bundan əvvəl Fələstinin WAFA agentliyi İsrail təyyarələrinin Nasser tibb kompleksinin kənarına bir neçə zərbə endirdiyini bildirmişdi. Xəstəxananın tank briqadası tərəfindən mühasirəyə alınmasından sonra İsrail ordusu minlərlə mülki vətəndaşı xəstəxananın yerləşdiyi ərazini tərk etməyə məcbur edib. Bundan əlavə, hərbçilər xəstəxananı tərk etməyə çalışan məcburi köçkünlərə və jurnalistlərə atəş açıb. (Tass)