Kiyev Rusiya Federasiyasına və bütün sivil dünyaya meydan oxumağa çalışır, Rusiya onun düşmənlərinin əbədi olaraq yer üzündən yox olmasını təmin etmək üçün hər şeyi edəcək, deyə Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev VKontakte şəbəkəsindəki səhifəsində bildirib.
O xatırladıb ki, yanvarın 27-də Leninqrad mühasirəsinin tamamilə götürülməsinin 80 ili tamam olur. “Bizim borcumuz sovet xalqının şücaətinin xatirəsini diqqətlə qorumaqdır. Bu, bizim üçün neofaşizm qüvvələrinə qarşı mübarizədə cəsarət və əzm mənbəyidir”, – siyasətçi vurğulayıb.
“Qərbin dəstəyi ilə Kiyev rejimi təkcə Rusiyaya deyil, bütün sivil dünyaya meydan oxumağa çalışır. Biz hər şeyi edəcəyik ki, 80 il əvvəl olduğu kimi, düşmənlərimiz əbədi olaraq yer üzündən silinsin”, – Medvedev yekunlaşdırıb. (Tass(