ABŞ üsyançı Yəmənin Ənsar Allah (Husi) hərəkatının mövqelərinə zərbələr endirməyə davam edəcək, əməliyyatın vaxtı husilərə yardım göstərən İranın hərəkətlərindən asılıdır. Bunu BBC- yə müsahibəsində Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin katibi Karlos Del Toro deyib.
“Yəqin ki, İrandan [əməliyyatın nə qədər davam edəcəyini] soruşmalıyıq. Onlar Husilərə maddi dəstək verməyə və onları silahla təmin etməyə davam edirlər. Ümid edirəm və gözləyirəm ki, bu, qeyri-müəyyən müddətə davam etməyəcək”. Del Toro əmin edib ki, Birləşmiş Ştatlar regionda sülhün təmin edilməsi üçün diplomatik səylər göstərir.
Nazir təsdiq edib ki, Vaşinqton Fələstin-İsrail münaqişəsinin iki dövlətin birgə yaşaması prinsipi əsasında həllinə tərəfdardır, lakin radikal HƏMAS hərəkatı Qəzzada hakimiyyətdə qalmamalıdır. “[ABŞ prezidenti Joe] Bayden açıq şəkildə bildirdi ki, biz Fələstinlilərə humanitar yardım göstərərkən HƏMAS-a ədalət gətirməliyik”.(Tass)