Yaponiya BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) maliyyə ayrılmasını dayandırmaq qərarına gəlib. Bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş bəyanatda vurğulanır: “Yaponiya UNRWA əməkdaşlarının keçən il oktyabrın 7-də İsrailə qarşı törədilmiş terror aktında əli olduğu iddiasından son dərəcə narahatdır.UNRWA araşdırma aparır və müvafiq ittihamlara cavab hazırlayır”. (Tass)