NHK-nın mənbələrə istinadən verdiyi məlumata görə, İtaliyanın baş naziri Giorgia Meloni fevralın əvvəlində Yaponiyaya rəsmi səfər edəcək.
Hazırda tərəflər səfər tarixlərini razılaşdırırlar. Çox güman ki, fevralın 4-dən 5-ə kimi baş tutacaq.
Meloni səfəri çərçivəsində Yaponiyanın baş naziri Fumio Kişida ilə görüşəcək. Tərəflərin Ukraynaya yardım və İtaliyanın Yeddilik Qrupuna (G7) sədrliyi çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edəcəyi gözlənilir.
Yaponiya 2023-cü ildə G7-yə sədrlik etdi və ilin sonunda bu hüququ İtaliyaya verdi. G7 liderlərinin sammiti iyunun 13-15-də İtaliyanın Puglia şəhərində keçiriləcək. (Tass)