Avqust 21, 2025-9:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Prezidentin xüsusi nümayəndəsi üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

2024:01:29 - 15:11
in İQTİSADİYYAT
A A

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov üçüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Sübhan Əsgərzadə və Tural Abdullazadə ilə ilk görüşünü keçirib.

Müsabiqənin İşçi Qrupundan AZƏRTAC-a bildirilib ki, Emin Hüseynov qalibləri təbrik edib və onların gələcək inkişafına dəstək göstərəcəyini bildirib. O, fərdi inkişaf planı əsasında mentorluq etməkdən məmnunluq hissi duyduğunu deyib. Prezidentin xüsusi nümayəndəsi layihənin idarəçi rəhbərlərindən biri kimi müsabiqə qaliblərinin hazırkı fəaliyyət istiqamətləri ilə maraqlanıb və bundan sonra onlarla peşəkar əməkdaşlıq edərək təcrübəsini bölüşəcəyini, qaliblərin hədəfləri və maraqlarına yönəlik layihələrə cəlb olunmasına təşəbbüs göstərəcəyini bildirib.

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri isə mentorluq proqramı çərçivəsində Emin Hüseynova yaradılan imkana və səmimi qəbula görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmağın karyera və şəxsi inkişaf baxımından əvəzsiz imkan olduğunu, birillik fərdi inkişaf planının icrasında maraqlı olduqlarını vurğulayıblar.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında intellektual səviyyəsi və ikiillik idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.

Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Əvvəlki Yazı

Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin iclası keçirilib

Növbəti Yazı

TTP Pəncaba hücum etmək üçün silahlı qrup yaradır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.