Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib. Bildirilib ki, iclasda rəsədxananın baş direktoru AMEA-nın müxbir üzvü Namiq Cəlilov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
Sonra alimlərin qarşısında duran vəzifələr, yeni plan işlərinin mövzuları müzakirə olunub.
Rəsədxananın 2024-cü il üçün fəaliyyət planı şura üzvlərinə təqdim olunub və nəzərdə tutulan fəaliyyətlərlə bağlı məsələlər diqqətə çatdırılıb. Müzakirələrin sonunda rəsədxananın 2024-cü il üçün fəaliyyət planı qəbul edilib.