İsrail 80-dən çox ölü fələstinlinin cəsədini Kerem Şalom keçidi vasitəsilə Qəzza zolağına köçürüb. Bu barədə Əl-Cəzirə telekanalı mənbələrə istinadən məlumat yayıb.
“İsrail işğalçısı əvvəllər saxladığı 80-dən çox ölü fələstinlinin cəsədini Kerem Şalom keçid məntəqəsindən təhvil verib”, – telekanalın həmsöhbətləri iddia edirlər.
Ötən il dekabrın 26-da İsrailin 80 fələstinlinin cəsədini Qəzza zolağına qaytardığı xəbəri yayılmışdı. Əl-Cəzirə telekanalının məlumatına görə, onlar Rafah şəhərinin qərbindəki Tel əl-Sultan bölgəsindəki kütləvi məzarlıqda dəfn edilib. (Tass)