Türkiyə Boğazların Statusuna dair Montrö Konvensiyasının müddəalarına tam əməl etməyə davam etmək niyyətindədir. Bunu respublikanın xarici işlər naziri Hakan Fidan bolqarıstanlı həmkarı Mariya Qabriel ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
“Biz Montrö Konvensiyasının müddəalarını tam şəkildə yerinə yetirməyə davam edəcəyik. Belə bir ehtimalı müzakirə etmək bir yana, əksini düşünməkdən belə söhbət gedə bilməz”, – türkiyəli nazir vurğulayıb. (Tass)