İyun 28, 2025-14:24
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Növbədənkənar prezident seçkilərində indiyədək akkreditasiyadan keçən yerli müşahidəçilərin sayı məlum olub

2024:01:30 - 16:10
in SİYASƏT
A A

Növbədənkənar prezident seçkilərində indiyədək 82 minə yaxın yerli müşahidəçi Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyalarında akkreditə olunub.

Bunu “Report”a müsahibəsində Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

O qeyd edib ki, bu müşahidə missiyalarının tərkibində əsas yeri tutan öz təşəbbüsləri ilə prosesə maraq göstərən müşahidəçilərdir: “Bundan başqa siyasi partiyalar xüsusi fəallıqla bu müşahidə prosesinə qatılıblar. 19 siyasi partiyanın təmsilçiləri seçki prosesini müşahidə etmək üçün MSK-da və dairə seçki komissiyalarında akkreditasiyadan keçiblər. Seçkilərdə namizədlə çıxış etməyən 14 siyasi partiya da seçki prosesindən kənarda qalmayıb və onlar öz müşahidəçilərini qeydiyyatdan keçirməklə aktiv şəkildə prosesləri izləyirlər”.

R.Qasımov vurğulayıb ki, müşahidəçilərin böyük bir qrupu da qeyri- hökumət təşkilatlarını (QHT) təmsil edirlər: “Belə ki, prezident seçkilərində ümumilikdə 78 QHT öz nümayəndələri ilə müşahidəçi qismində təmsil olunacaqlar. Bu da əvvəlki illərlə müqayisədə kifayət qədər yüksək rəqəmdir. İnanırıq ki, sözügedən şəxslər seçki günü prosesləri fəal şəkildə müşahidə edəcək və aşkarladıqları məlumatları MSK ilə bölüşəcəklər”.

Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımovla müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Əvvəlki Yazı

Azərbaycanda dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi üçün təkliflər hazırlanır

Növbəti Yazı

İslam İnkişaf Bankı ilə Anlaşma Memorandumu imzalanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.