İyun 29, 2025-2:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

AccessBank özünüməşğulluq proqramı çərçivəsində indiyə kimi 59 sahibkara dəstək olub

2024:01:30 - 16:19
in İQTİSADİYYAT
A A

AccessBank aparıcı maliyyə institutu olaraq, Azərbaycanda mikro, kiçik və orta biznesin (MKOB) inkişafı sahəsində fəaliyyətini davam etdirir və regionda sahibkarlığın təşviqi üzrə lider və etibarlı tərəfdaş mövqeyini möhkəmləndirir. Sahibkarlıq fəaliyyətinə davamlı dəstək, o cümlədən, özünüməşğulluq proqramının uğurla həyata keçirilməsi, AccessBank-ın missiyasının tərkib hissəsinə çevrilib.

Korporativ sosial məsuliyyət (KSM) kompleks tədbirlərinin tərkib hissəsi olan bu proqram çərçivəsində 2023-cü il ərzində Bakı, Quba, Naxçıvan, Babək, Culfa, Şərur, Mərkəzi Aran, Abşeron-Xızı, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Şəki-Zaqatala da daxil olmaqla, ölkənin müxtəlif regionlarında həssas qruplara aid olan 18 sahibkara dəstək tədbirləri göstərilib. Əsasən, sahibkarlar dərzi sexi və gözəllik salonları üçün avadanlıqlarla təmin olunub. 2021-2023-cü illər ərzində AccessBank özünüməşğulluq proqramı çərçivəsində 59 sahibkarı lazımi avadanlıqla təmin edib.

AccessBank cari layihəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair 2020-ci ildə imzalanan memorandumun icrası istiqamətində həyata keçirir. Layihənin məqsədi əhalinin həssas qruplarının (əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, işsiz və işaxtaran şəxslərin və s.) məşğulluğunun artırılması və kiçik sahibkarlığa çıxışının dəstəklənməsində əlavə imkanlar yaratmaqdır.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Əvvəlki Yazı

İslam İnkişaf Bankı ilə Anlaşma Memorandumu imzalanıb

Növbəti Yazı

Gənclər Gününə həsr edilmiş tədbir – Vətənimizin igid gəncləri

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.