Türkiyənin Amerikanın beşinci nəsil F-35 qırıcılarının istehsalı proqramına qayıtması məsələsi hazırda müzakirə mövzusu deyil. Bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder brifinqdə deyib.
“Mən Dövlət Departamentindən olan həmkarlarımızın bu məsələ ilə bağlı şərhlərini gördüm. Bu mövzu hazırda gündəmdə deyil”, – deyə o, bununla bağlı suala cavab verib.
Bundan əvvəl ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland CNN Türk telekanalına müsahibəsində Rusiyanın S-400 zenit-raket kompleksi ilə bağlı məsələni həll etmək mümkün olarsa, Vaşinqtonun Ankaranı F-35 proqramına qaytarmağa hazır olduğunu bildirmişdi.
Türkiyə 2019-cu ildə S-400 aldıqdan sonra F-35 proqramdan çıxarılıb. (Tass)