Ukraynada səfərbərlik haqqında qanun layihəsinin yeni redaksiyasına əvvəllər məhkum olunmuş vətəndaşların hərbi qeydiyyata alınması ilə bağlı müddəa daxildir. O, həmçinin qadınların və şərti cəza çəkən şəxslərin könüllü səfərbərliyi ilə bağlı müddəaları ehtiva edir.
Ali Radanın saytında dərc edilmiş qanun layihəsinin mətninə əsasən , “xırda cinayətə və ya ağır (xüsusilə ağır) cinayətə görə cəzasını çəkdikdən sonra cəzaçəkmə müəssisələrindən gələn vətəndaşlar, əgər əvvəllər hərbi qeydiyyatda olmamışlarsa,” hərbi qeydiyyata alınmalıdır”.
Bundan əlavə, qanun layihəsi səfərbərlik çərçivəsində şərti cəza çəkən məhkumların hərbi xidmətə çağırılmasına imkan verəcək. İstisna milli təhlükəsizliyin əsaslarına qarşı cinayət törətməkdə təqsirli bilinənlər olacaq.
Hələ qanun layihəsinin yeni redaksiyasının təqdim edilməsindən əvvəl Ukrayna Ədliyyə Nazirliyi məhkumların ölkənin silahlı qüvvələri sıralarına qoşulmasına imkan verəcək dəyişikliklər hazırladıqlarını bəyan edib. (Tass)