İyun 16, 2025-13:05
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

DTX rəsmisi: Qurumlarda kibertəhlükəsizlik departamentləri yaradılır

2024:01:31 - 11:47
in İQTİSADİYYAT
A A

Dünyada cərəyan edən proseslər və sürətlə davam edən rəqəmsallaşma kibertəhlükəsizlik mütəxəssislərinə olan tələbi də artırır. Belə ki, artıq hər bir dövlət və özəl qurumun özünün informasiya təhlükəsizliyini təmin etməsi üçün kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranır. Sevindirici haldır ki, qurumlarda artıq kibertəhlükəsizlik departamentləri yaradılır.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Təhlükəsizlik Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəhbəri Davud Rüstəmov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ikinci “Məzun Günü”ündə tədbirdə çıxışı zamanı deyib.

Davud Rüstəmov qeyd edib ki, hazırkı dünyada kibertəhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması qədər önəmli bir hal alıb.

“Azərbaycan dövləti də bu istiqamətdə böyük işlər görür. Əvvəllər biz bu sahədə təhsil almaq üçün xaricə yollanırdıq, lakin bu gün Azərbaycan hökümətinin yaratdığı əlverişli şərait nəticəsində, məhz Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində İsrailin “Technion” Universitetinin mütəxəssisləri bizim yerli kibertəhlükəsizlik məzunlarını hazırlayır. AKM-nin iki məzunu Dövlət Təhlükəsizlik Xidmətinin kibertəhlükəsizlik əməliyyatları mərkəzinə işə cəlb olunub. Ümid edirəm ki, gələcəkdə ölkəmizdə kibertəhlükəsizlik üzrə mütəxəssislərin sayı daha da artacaq”, – deyə D.Rüstəmov əlavə edib.

Əvvəlki Yazı

Taleh Kazımov: “Uçot dərəcəsi depozit faizlərinə gələn ildən təsir edəcək”

Növbəti Yazı

Səfir: “Azərbaycan xalqı Holokostla müqayisə oluna bilən soyqırımı ilə üzləşib”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.