İyun 17, 2025-12:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Mingəçevir Sənaye Parkında Özbəkistanla birgə tekstil müəssisəsinin qurulması planlaşdırılır

2024:02:01 - 18:00
in İQTİSADİYYAT
A A

Ölkəmizdə sənaye parklarının yaradılması əsas etibarı ilə ərazilərin malik olduğu resurslardan istifadə etmək, müasir, elmtutumlu texnologiyaların tətbiqi hesabına istehsal-təsərrüfat fəaliyyətini aktivləşdirmək, regionların mövcud potensialından bəhrələnməklə yanaşı regionlarda əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi və sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir.

Bu barədə AZƏRTAC-a İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Elkiyar Ziyadov açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə 12 sənaye zonası fəaliyyət göstərir. Sənaye zonalarının yaradılmasında əsas məqsəd və əsas hədəflər qeyri-neft sektorunun inkişaf etdirilməsi, iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsi, idxala olan tələbatın ödənilməsi, ölkənin ixrac imkanlarının genişləndirilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Bu gün sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 65-dən çox ölkəsinə ixrac edilir.

“Qeyd olunan hədəflərin həyata keçirilməsi istiqamətində müsbət addımlar atılır və uğurlu nəticələr əldə edilir. Belə ki, indiyədək sənaye zonaları üzrə 141 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sənaye zonalarında mövcud əlverişli investisiya imkanlarından istər yerli investorlar, istərsə də xarici investorlar yararlana bilərlər. Hazırda sənaye zonalarında 10-a yaxın xarici investor rezident kimi qeydiyyatdan keçib. Bunlara misal olaraq Sumqayıt Kimya Sənaye Parkında İsveçrə kapitallı “Sika” MMC (müxtəlif növ tikinti məhsulları – qatqıların), Çin kapitallı “Azərbaycan Vanhong Ceramics Co.” MMC (keramik plitələrin istehsalı), Pirallahı Sənaye Parkında Rusiya kapitallı “R-Pharm” MMC (dərman vasitələrinin istehsalı), Türkiyə kapitallı “Gen Pharma Caucasus Manufacturing Operations” MMC (dərman vasitələrinin istehsalı müəssisəsi), “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında Rusiya və Azərbaycan birgə müəssisəsi olan “Avto Lizinq Azərbaycan” MMC (texniki servis mərkəzi), Hacıqabul Sənaye Məhəlləsində Rusiya kapitallı “Penoplex Prikavkazye” MMC (istilik izolyasiya lövhələrin istehsalı) və s. misal göstərmək olar. Eyni zamanda, Mingəçevir Sənaye Parkında Özbəkistanla birgə tekstil sahəsində müştərək müəssisənin qurulması istiqamətində danışıqlar aparılır”, – deyə Elkiyar Ziyadov vurğulayıb.

Sədr müavini qeyd edib ki, ölkəmizdə sənaye zonaları yaradılarkən qabaqcıl ölkələrin təcrübələri öyrənilsə də, Azərbaycanın özünəməxsus iqtisadi mühiti olduğuna görə, Azərbaycan mühitinə uyğun metodologiyadan istifadə edilib. Azərbaycan neft ölkəsi olduğundan qeyri-neft sektoruna aid məhsulların, həmçinin parkdan kənarda yerləşən müəssisələrə haqsızlıq olmasın deyə (haqsız rəqabətə yol verməmək) daha çox idxalı əvəz edən, ixrac imkanları geniş olan məhsulların istehsalı meyarları nəzərə alınıb.

Əvvəlki Yazı

Bakıda qanunsuz silah saxlayan şəxslər tutulub

Növbəti Yazı

Pentaqon: Birləşmiş Ştatlar İraq radikallarının hərəkətlərini diqqətlə izləyir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.