Ermənistanın 1990-cı ildə Dağlıq Qarabağa istinad edən Müstəqillik Bəyannaməsi regionda sülhün bərqərar olmasına maneədir. Baş nazir Nikol Paşinyan bu barədə ölkənin İctimai Radiosuna müsahibəsində bildirib.
“Sual: bizim dövlət siyasətimiz Dağlıq Qarabağ Milli Şurasının və Ermənistan Ali Şurasının qərarına əsaslanmalıdır ki, bu qərara əsasən, Müstəqillik Bəyannaməsində qeyd edildiyi kimi, Ermənistan və Dağlıq Qarabağ birləşdirilməlidir? Əgər belədirsə, onda bu o deməkdir ki, biz indi müharibə edəcəyik, sülh əldə etməyəcəyik”. (Tass)