Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, bir neçə səbəbdən Rusiya müdafiə və hərbi-texniki sahədə respublikanın əsas tərəfdaşı ola bilməz.
O, bu fikri ölkənin İctimai Radiosuna müsahibəsində bildirib.
“Biz başa düşməliyik ki, biz həqiqətən kiminlə hərbi-texniki və müdafiə əlaqələri saxlaya bilərik. Əvvəllər bu problem sadə idi, çünki belə bir sual yox idi və konsepsiya yaratmaqda heç bir çətinlik yox idi. Əvvəllər Müdafiə sektorunun 95/97 faizi Rusiya Federasiyasının payına düşürdü indi bu həm obyektiv, həm də subyektiv səbəblərə görə baş verə bilməz”, – hökumət başçısı bildirib. (Tass)