ABŞ fələstinlilərə qarşı zorakılığa sövq edən İsrail rəsmilərinə sanksiya tətbiq etmək niyyətində deyil. Bu barədə Strateji Kommunikasiyalar üzrə Koordinator Con Kirbi Miçiqan ştatının Detroit şəhərinə uçan prezident təyyarəsində keçirilən növbəti brifinqdə bildirib.
“Hazırda İsrail rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmırıq. Mən Dövlət Departamentinə müraciət edərdim ki, bu dörd şəxsi necə seçdiyini izah etsin”, – Kirbi deyib. Bundan əvvəl Dövlət Departamenti “İordan çayının qərb sahilində mülki şəxslərə qarşı zorakılığın artmasında iştirak edən” dörd İsrail vətəndaşına qarşı sanksiya tətbiq edildiyini açıqlamışdı.
“Gələcəkdə başqa bir şey olub-olmayacağını bilmirəm, lakin bu, düzgün istifadə etmək niyyətində olduğumuz yeni alətdir”, – Kirbi əlavə edib.