İyun 18, 2025-9:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Bakı Ali Neft Məktəbinin tələbəsi Prezident mükafatına layiq görülüb

2024:02:02 - 13:12
in SOSİAL
A A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 gəncə 2024-cü il Gənclər üçün Prezident mükafatı verilib.

SOCAR-ın Bakı Ali Neft Məktəbindən (BANM) AZƏRTAC-a bildirilib ki, BANM-in kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Fatimə Məmmədova Prezident mükafatına layiq görülən gənclər arasında yer alıb.

Fatimə Məmmədova Bakı Ali Neft Məktəbinin fəal tələbələrindəndir.

O, “SOCAR Türkiyə” və bp-də proses mühəndisi olaraq təcrübə keçib, mübadilə proqramı çərçivəsində Türkiyənin Orta Doğu Texniki Universitetində bir semestr təhsil alıb.

Onun təmsil olunduğu BANM-in komandası Bakıda ilk dəfə keçirilən Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı – “TEKNOFEST” yarışmasında “Yaşıl texnologiyalar” kateqoriyasında I yerə layiq görülüb və “TEKNOFEST Türkiyə”də layihəni tanıtmaq imkanı əldə edib. Komanda eyni layihə ilə regionlar üzrə keçirilən “ClimateLaunchPad” yarışmasında 3-cü yerə layiq görülüb, “The Black Sea Universities Network (BSUN)” yarışmasında qalib olub. 2023-cü ildə bu layihə KOBİA tərəfindən maliyyələşdirilib.

Əvvəlki Yazı

DİN-in məlumatı

Növbəti Yazı

Gənc müəllimlərlə maarifçilik ənənələrinə dair növbəti müzakirə aparılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.