İyun 18, 2025-9:29
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Gənc müəllimlərlə maarifçilik ənənələrinə dair növbəti müzakirə aparılıb

2024:02:02 - 13:21
in SOSİAL
A A

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gənc müəllimlərlə “Azərbaycan maarifçilik ənənələri gənc müəllimlərin missiyası kimi” mövzusunda növbəti görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Görüş Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra böyük pedaqoq Firidun bəy Köçərlinin həyatı və maarifçilik fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova ədibin zəngin irsinin gənc nəslin təlim-tərbiyəsi və inkişafına təsirlərindən danışıb.

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva ömrünün 40 ilini xalqının maariflənməsinə, mədəni tərəqqisinə həsr edərək milli duyğulara sahib bir fədai kimi adını tarixə qızıl hərflərlə yazdıran F.Köçərlinin Azərbaycan məktəbi və pedaqoji fikir tarixindəki xidmətlərindən söz açıb. M.Vəliyeva böyük maarifçinin Azərbaycan gəncliyinə aşıladığı vətənpərvərlik ruhunun, milli təhsilimizin inkişafı naminə həyata keçirdiyi ideyaların bu gün də gənc müəllimlər üçün ən gözəl nümunə olduğunu bildirib.

ADPU-nun prorektoru Könül Pirverdiyeva ömrünün sonuna qədər müəllimlik edərək bu peşəyə sevgisi və sədaqəti ilə əsl nümunə olan F.Köçərlinin maarifçiliyin inkişafı, pedaqoji fikrin zənginləşməsi işinə verdiyi töhfədən bəhs edib. K.Pirverdiyeva gənc müəllimlərə işıqlı maarifçilərin ideyalarından bəhrələnərək həyat və fəaliyyətləri ilə cəmiyyətə örnək olmağı tövsiyə edib.

Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rüfət Əsədzadə, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Səkinə Həsənova, Quba rayonu İkinci Nügədi kənd 3 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Yasəmən Sofiyeva dövlət və cəmiyyətin inkişafında gəncliyin rolundan danışıb, gələcək nəsillərin vətənpərvər, kamil şəxsiyyət kimi yetişdirilməsində məktəbin, müəllimin üzərinə düşən missiyadan söz açıblar.

Vətən müharibəsi qaziləri, gənc müəllimlər Cavidan Allahverdiyev, Elnur Xəlilov, Şahniyar Məmmədov və Novruz Bələdov Vətənin əsgəri olaraq yerinə yetirdikləri vətəndaşlıq borcunu təhsilin əsgəri olaraq da uğurla davam etdirəcəklərini, xalqına, millətinə layiq gənclər yetişdirmək işində daha əzmlə çalışacaqlarını söyləyiblər.

Sonda 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Cavid Haqverdiyevin ifası təqdim olunub.

Əvvəlki Yazı

Bakı Ali Neft Məktəbinin tələbəsi Prezident mükafatına layiq görülüb

Növbəti Yazı

Dövlət Xidməti ötən il dövlət qurumlarına 1 191 kiberhücum indikatoru müəyyən edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.