Cümə günü İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunis qəsəbəsində həyata keçirdiyi top atəşləri nəticəsində azı 15 nəfər həlak olub. Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, həlak olanların cəsədləri Nasser və Əl-Amal xəstəxanalarına aparılıb.
Bundan əlavə, Əl-Cəzirə telekanalı qeyd edib ki, Qəzza şəhərinin qərb bölgələri cümə günü günortadan sonra İsrail ordusu tərəfindən intensiv artilleriya atəşinə məruz qalıb.
Qəzza şəhərindəki anklavın Səhiyyə Nazirliyinin mərkəzi dərman anbarı hücuma məruz qalıb. Ölənlər və yaralananlar var, onların sayı hələlik açıqlanmayıb. (Tass)