Politico xəbər verir ki, mərmilərin sayına görə Ukraynada döyüş meydanında Rusiya üstünlük təşkil edir.
Qəzet yazır: “Ukrayna ordusunun böyük problemi var – o, 1000 km cəbhəni tam müdafiə etmək üçün çox az mərmi alır”.
“Rusiya artilleriyası ilə döyüş meydanında üstünlük təşkil edir”, – Politico adı açıqlanmayan ukraynalı artilleriya zabitindən sitat gətirib. “Hazırda bəzi ərazilərdə Rusiya artilleriya sistemlərinin sayı Ukrayna artilleriya sistemlərini bir neçə dəfə üstələyir. Ona görə də biz düşmənə zərər vurmaq üçün FPV dronlarından istifadə edirik”, – o deyir.
Başqa bir anonim artilleriyaçı bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin “heç vaxt kifayət qədər 122 mm-lik mərmi olmayıb”. (Tass)