Hindistanın baş naziri Narendra Modi günəş enerjisindən istifadə edərək “yaşıl mətbəxin” inkişafına çağırıb. Bunu Hindistan hökumətinin başçısı quru nəqliyyatı və avtomobil sənayesinə həsr olunmuş Bharat Mobility Global Expo 2024 sərgisində çıxışı zamanı deyib.
Baş nazir yeməkləri “ekoloji cəhətdən təmiz şəkildə” bişirmək üçün evlərin damlarına günəş panelləri quraşdırmağa çağırıb. “Əgər mən [yaşıl] yemək bişirmə hərəkatını irəli sürsəm və ölkədə dam örtüyü və [elektrik] anbar sistemləri olan 250 milyon evin olduğunu başa düşsəm, o zaman təmiz yemək hazırlamaq üçün 250 milyon [günəş] panelinə ehtiyacımız olacaq. Batareyalara böyük tələbat və onların qiymətini aşağı salacaq”, – Press Trust of India xəbər agentliyi Modidən sitat gətirib.
Baş nazir qeyd edib ki, respublika hökuməti evlərin damında günəş panellərinin geniş şəkildə quraşdırılmasına nail olmaq niyyətindədir və energetika sənayesini belə akkumulyatorların quraşdırılması üçün kompleks plan hazırlamağa çağırıb. (Tass)