ABŞ yanvar ayında üç ABŞ hərbçisinin ölümü ilə nəticələnən pilotsuz təyyarənin hücumuna məruz qalan İordaniyadakı Tower 22 hərbi obyektində müdafiəni gücləndirib. Bu barədə Associated Press məlumat yayıb.
Onun sözlərinə görə, postda 350-yə yaxın Amerika hərbçisi var. Agentlik ABŞ hərbçilərinin obyektin müdafiəsini necə gücləndirdiyi barədə dəqiq məlumat vermir.
ABŞ səlahiyyətliləri daha əvvəl İordaniyadakı Amerika əsgərlərinin İraq İslam Müqaviməti tərəfindən hücuma məruz qaldığını bildirmişdilər. Pentaqonun məlumatına görə, bu zərbə nəticəsində 3 Amerika hərbçisi həlak olub, 40-dan çoxu yaralanıb. ABŞ baş verənlərə görə də İranı günahlandırır. ABŞ prezidenti Co Bayden daha əvvəl təsdiqləmişdi ki, o, Vaşinqtonun İordaniya-Suriya sərhəddindəki hücuma dəqiq necə cavab verəcəyi ilə bağlı artıq qərar verib.