ABŞ Hərbi Hava Qüvvələrinin İraqın sərhəd bölgələrinə endirdiyi gecə zərbəsi nəticəsində 16 nəfər həlak olub.
Bu barədə şiə milislərinin Əl-Həşd əş-Şaabi komandanlığı məlumat yayıb.
“Amerikanın təcavüzü nəticəsində 16 nəfər həlak olub, 25 nəfər yaralanıb”, – İraqın ” Əs-Sumariya” telekanalına istinadən milis komandanlığının bəyanatında deyilir.
Bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin Suriya ilə sərhədə yaxın İraq ərazisini bombalaması nəticəsində şiə milislərinin azı 6 tərəfdarının öldürüldüyü bildirilirdi. (Tass)