İordaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ötən gecə ABŞ-ın Suriya və İraq sərhədində reydlərində iştirak edib. Bu barədə Shafaq news xəbər portalı məlumat yayıb.
Onun sözlərinə görə, “İordaniya döyüş təyyarələri onlar üçün hədəflər müəyyən edildikdən sonra ABŞ Hərbi Hava Qüvvələrinin reydlərinə qoşulub”. Portal qeyd edib ki, Suriya-İraq sərhədində Amerika qüvvələrinin əməliyyatında iştirak etməklə Əmman “krallıqdakı Amerika hərbi obyektinə pilotsuz təyyarənin hücumundan sonra Vaşinqtonla həmrəylik nümayiş etdirməyə çalışıb.”
ABŞ Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində yerləşdirilmiş iranyönlü qüvvələrin mövqelərinə dörd silsilə hücum edib.Əl-Mayadin səhra bölgəsində və İraqla sərhədə yaxın Bu Kemal şəhərinin şərqində hərbiləşdirilmiş qrupların hədəfləri bombalanıb. İraqda ABŞ aviasiyası İraqın qərbindəki Əl-Qaim bölgəsində iranpərəst silahlı qrupların dörd mövqesinə zərbələr endirib. Əldə olan məlumata görə, Əl-Həşd əş-Şabi obyektlərinə də hücum edilib. Hədəflərdən birinin İraqın Ənbar əyalətində şiə milis birləşmələrinin qərargahı olduğu bildirilir. Al Hadath-ın məlumatına görə, Amerika təyyarələri gecə saatlarında iki ölkənin sərhədi boyunca təxminən 130 kilometr məsafədə Suriya və İraqı bombalayıb. (Tass)