Pakistanın şimal-qərbində silahlıların polis məntəqəsinə hücumu nəticəsində azı 10 nəfər ölüb. Bu barədə Hindustan Times qəzeti polisə istinadən məlumat yayıb.
Reuters- in məlumatına görə , 6 nəfər yaralanıb. Əyalət polis rəisi AFP- yə bildirib ki, 30-dan çox yaraqlı üç istiqamətdən hücum edib və atışma 2,5 saat davam edib.
Fevralın 8-nə təyin edilmiş Milli Assambleya (parlamentin aşağı palatası) və əyalət qanunvericilik orqanlarına seçkilər ərəfəsində gərginliyin artması ilə Pakistanda zorakılıq artıb. (Tass)