İyun 20, 2025-10:07
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Baş prokuror MDB PA-nın Müşahidə Missiyası ilə görüşüb

2024:02:05 - 14:34
in SİYASƏT
A A
Baş prokuror MDB PA-nın Müşahidə Missiyası ilə görüşüb

Fevralın 5-də Baş prokuror Kamran Əliyev Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının Müşahidə Missiyasının rəhbəri, Qazaxıstan Senatının sədr müavini Jakip Asanovun rəhbərlik etdiyi, tərkibinə MDB PA Şurasının Baş katibi Dmitri Kobitskinin və digər rəsmi şəxslərin daxil oluqları nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə son 20 il ərzində aparılan genişmiqyaslı islahatların ölkəmizin bugünkü dinamik inkişafının nəticəsi olduğunu bildirib.

7 fevral tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərinin tarixdə ilk dəfə ölkəmizin bütün suveren ərazisində keçiriləcəyini və xalqımız üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayan Baş prokuror, seçkilərin azad və demokratik şəraitdə keçirilməsi, seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi məqsədi ilə görülən işlər, seçki qanunvericiliyinə riayət olunması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə danışıb.

Jakip Asanov, Dmitri Kobistki və digər görüş iştirakçıları Müşahidə Missiyasının ölkəmizdə olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən söz açaraq, seçkilərin yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını, seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu və seçkiqabağı hazırlıq prosesinin müsbət qiymətləndirdiklərini qeyd edərək bu işdə Mərkəzi Seçki Komissiyası ilə yanaşı prokurorluq orqanlarının əməyini yüksək qiymətləndiriblər.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Report

Əvvəlki Yazı

Qazaxıstan hökuməti istefa verib

Növbəti Yazı

İran ABŞ-ın İraq və Suriyada SEPAH xüsusi təyinatlılarına zərbə endirilməsi ilə bağlı bəyanatlarını yalan adlandırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.