İyun 19, 2025-20:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

ADPU: Müsabiqədə iştirak üçün 500 tələbə qeydiyyatdan keçib

2024:02:05 - 14:52
in SOSİAL
A A

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “Prestij-S” Tədris Mərkəzinin və “IT Brains Academy”nin tərəfdaşlığı ilə təşkil edilən “Pedaqoji Universitetin gələcək təhsil liderləri” müsabiqəsinin işçi qrupunun geniş tərkibdə ilk iclası keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, iclasda universitetin sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev və layihə rəhbəri, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Cavid Hüseynov müsabiqənin tələbələr üçün açdığı imkanlardan danışıb, qarşıda duran təşkilati məsələləri müzakirə ediblər.

Bildirilib ki, müsabiqə fevralın 25-dək davam edəcək. Artıq prosesin ilk günündə 500 tələbə müsabiqədə iştirak üçün qeydiyyatdan keçib. Bu da layihəyə olan böyük marağın göstəricisidir.

“Sən də bacararsan!” şüarı ilə keçirilən müsabiqə istedadlı və liderlik bacarığı olan tələbələri seçmək, onların peşəkar inkişafına dəstək olmaq və gənclər arasından potensial kadr bankını formalaşdırmaq, universitetin idarəçiliyinə məzunların cəlb etmək məqsədilə təşkil edilir. Müsabiqədə yalnız ADPU-nun bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr iştirak edə bilər.

Müsabiqənin 10 qalibinin hər birinə 1000 manat məbləğində pul mükafatı və digər hədiyyələr, xarici dil və informasiya texnologiyaları üzrə ödənişsiz kurslar, Təşkilat Komitəsi tərəfindən təyin olunacaq mentorlarla 1 illik peşəkar inkişaf proqramı və kadr bankına əlavə olunma imkanı təqdim ediləcək. Həmçinin müsabiqənin finalçıları kadr bankına əlavə ediləcək, onlara müvafiq sertifikat və hədiyyələr veriləcək.

Əvvəlki Yazı

İran ABŞ-ın İraq və Suriyada SEPAH xüsusi təyinatlılarına zərbə endirilməsi ilə bağlı bəyanatlarını yalan adlandırıb

Növbəti Yazı

COP29-un Bakıda keçirilməsi beynəlxalq aləmdə Azərbaycana olan etimadın sübutudur

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.