“Millionaire Concept” tərəfindən təşkil olunan silsilə tədbirlərin hər zamankı kimi əsas məqsədi yerli və xarici iş adamlarının bir-birlərini tanımaları, sıx və fərdi ünsiyyətləri, bu tanışlıqlardan maksimum dərəcədə fayda əldə etmələri, gələcək iş həyatlarında partnyorluq və s. kimi işlərə qatılmaları üçün əlaqə yaratmaqları naminədir. Tədbirin əsas məqsədlərindən biri də Azərbaycanda layihələrə yatırım etmək, turizm və iqtisadiyyatımızın inkişafına töhfə verməkdir.
Üç gün davam edəcək tədbirə, martın 17-də yerli və xarici iş adamları, influenser, həmçinin öz sahəsinin tanınmış insanlarının iştirakı ilə “Networking Day” və mətbuat konfransı ilə start veriləcək. Növbəti gün, martın 18-də “The Globe Awards”la davam edəcək mükafatlandırma gecəsi, martın 19-da “Millionaire Concept”in xüsusi qapalı ziyafət ilə yekunlaşacaq.
Xatırladaq ki, “Millionaire Concept”in möhtəşəm təşkilatçılığı ilə baş tutacaq bu beynəlxalq tədbir hər zamankı kimi yerli və xarici mətbuatda geniş işıqlandırılacaq. Tədbirdə dünyanın 20-dən çox ölkəsindən işgüzar şəxslər və tanınmış simalar iştirak edəcək.
Qeyd edək ki, “Millionaire Concept” 2020-ci ildə gənc iş adamı Aqil Məmiyev tərəfindən Bakıda təsis olunub. 2022-ci ildə İtalyanın “Made in Italy” nazirliyi tərəfindən marka patenti alıb.Azərtac