Yəmənin Ənsar Allah (Husi) üsyançı hərəkatı ABŞ və Britaniya qüvvələrinin Yəmən ərazisinə yeni hücumlar həyata keçirdiyini iddia edir. Bu barədə husilərə məxsus Al Masirah telekanalı məlumat yayıb.
Onun məlumatına görə, onlar Hodeyda əyalətində, eyniadlı liman şəhərindən çox da uzaq olmayan Əl-Katib bölgəsini hədəf alıblar. (Tass)