Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya prezidenti Vladimir Putin və BƏƏ-nin dövlət başçısı Məhəmməd bin Zayed Əl Nəhyan telefon danışığı zamanı Qəzza zolağında tezliklə atəşkəs əldə olunmasının tərəfdarı olduqları prinsipial mövqelərini təsdiqləyiblər.
“Rusiya və BƏƏ-nin prinsipial mövqeyi Fələstin probleminin tanınmış beynəlxalq hüquqi əsaslarla uzunmüddətli və ədalətli həllinə nail olmaq üçün tezliklə atəşkəs və siyasi prosesin bərpası lehinə təsdiqləndi”. Söhbətdən sonra bəyanatda deyilir