İsrailin xarici işlər naziri İsrael Katz BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) terror fəaliyyətlərində iştirakına dair sübutlar təqdim edəcəyinə söz verib.
“BMT-ni [UNRWA üzrə] təhqiqat komissiyasının yaradılması münasibətilə təbrik edirik. Biz UNRWA-nın terrorizmlə əlaqəsini və onun regional sabitliyə zərərli təsirlərini ortaya qoyan bütün sübutları təqdim edəcəyik”, – o, X-də (keçmiş Twitter) yazıb.
Katzın sözlərinə görə, BMT tərəfindən yaradılmış komissiya “UNRWA-nın rəhbəri Filip Lazzarininin dərhal istefasını tələb edəcək həqiqəti dərhal ortaya qoymalıdır”.
Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş Fransanın keçmiş xarici işlər naziri Ketrin Kolonnanın rəhbərlik edəcəyi UNRWA-nın fəaliyyətini qiymətləndirmək üçün müstəqil qrup təyin edib. Qrupun vəzifəsi agentliyin “bitərəfliyi təmin etmək və həmçinin ciddi pozuntular barədə iddialara cavab vermək üçün səlahiyyətləri daxilində hər şeyi edib-etmədiyini” qiymətləndirməkdir. (Tass)