Rusiya dəfələrlə “Şimal axını”nda təxribatla bağlı istintaqdan məlumat tələb edib, lakin heç vaxt cavab almayıb, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Moskva araşdırmanın nəticələrini maraqla gözləyir.
“Rusiya dəfələrlə bu məlumatları tələb edib, lakin heç kim bu məlumatları bizimlə paylaşmayıb. Bu məlumat bizə təqdim edilməyib”, – Kreml sözçüsü bildirib.
O əlavə edib ki,: “Biz, əlbəttə ki, bununla bağlı veriləcək hər hansı hökm və qərarları maraqla gözləyirik. Bu, kritik beynəlxalq infrastruktura qarşı təxribatdır, onun arxasında duranların və təşkilatçıların kim olduğunu bilmək lazımdır”. (Tass)