Avqust 22, 2025-8:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Laçında ekoodun müəssisəsi fəaliyyətə başlayıb

2024:02:06 - 15:24
in SOSİAL
A A

Laçında ekoodun müəssisəsi fəaliyyətə başlayıb.

“Bakı Abadlıq Xidməti” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lalə Əliyevanın AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, ekoloji təmiz məhsul sayılan ekoodun digər müəssisələrdəki istehsalat qalıqlarından, məsələn, mebel qırıqlarından, kəsinti və tullantılardan hazırlanır. Həmin qalıqlar yüksək hərarətli peçlərdə preslənir və ekoodun əldə olunur. Bu prosesi həyata keçirmək üçün İtaliyadan xüsusi avadanlıq gətirilib. “Bakı Abadlıq Xidməti” öz ənənəsinə uyğun olaraq, bu dəfə də işə yeni müəssisədə təlimlər keçməklə başlayıb. Müasir avadanlığın quraşdırılması, işə salınması, yeni texnologiya ilə işləyən laçınlılara xüsusi kursların keçirilməsi italiyalı mütəxəssislər tərəfindən icra olunub. Artıq təlim prosesi başa çatıb, müəssisə istehsalata başlayıb. Hazırda Laçındakı ekoodun müəssisəsində 12 yerli sakin çalışır. Bu məhsula tələb artdıqca təklif də çoxalacaq və istehsalat genişlənəcək.

Ekoloji odun adi odundan daha uzun müddət yanması ilə fərqlənir. Bu prosesin ekoloji cəhətdən də böyük üstünlükləri var. Ekoodun əldə olunanda ağac məhv edilmir, yalnız əvvəlki istehsalat zamanı qalan qalıqlardan hazırlanır. Bu da itkisiz istehsalat deməkdir. Bir müəssisənin məhsullarının qalıq və qırıntıları hesabına ikinci müəssisənin fəaliyyəti təmin edilir. Ekoodundan hər növ soba və kaminlərdə istifadə etmək olur. Qida sənayesində, kafe və restoranlarda, təbiət qoynundakı pikniklərdə, samovar və manqallarda da bu odun işə çox yarayır. Həmçinin istehsal zamanı heç bir kimyəvi qatqıdan istifadə edilmir. Bu məhsulun ən vacib cəhəti ekoloji təmiz məhsul olmasıdır.

Qeyd edək ki, belə bir müəssisə “Bakı Abadlıq Xidməti” MMC-nin təşəbbüsü ilə Bakıda xeyli vaxtdır qurulub.

Əvvəlki Yazı

Yevlaxda içməli su şəbəkəsinin yenidən qurulması davam etdirilir

Növbəti Yazı

Azərbaycanın Niderlanddakı səfiri BƏM hakimlərinin andiçmə mərasimində iştirak edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.