Yəmən Husilərin Ənsar Allah hərəkatının lideri Əbdül Malik əl-Husi, İsrailin Qəzza zolağında döyüşlərini dayandırmayacağı təqdirdə “daha böyük eskalasiyaya” hazır olduğunu bildirib.
“Mən [İsraili və ABŞ-ı] xəbərdar edirəm və deyirəm ki, onlar Qəzzaya qarşı təcavüzü dayandırmalı və blokadanı qaldırmalıdırlar, əks halda biz getdikcə daha da gərginləşdirməyə çalışacağıq”, – hərəkat lideri öz tərəfdarlarına müraciətində deyib.
Qəzza zolağında qarşıdurmanın şiddətlənməsindən sonra Ənsar Allah hərəkatı İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və əməliyyat başlanana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəyini bildirib.Ötən il noyabrın ortalarından bəri husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum ediblər. (Tass)