Birləşmiş Ştatlar Yaxın Şərqdəki zərbələrini hələlik dayandırmaq niyyətində deyil. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken Qətərin paytaxtı Dohada keçirdiyi mətbuat konfransında bildirib.
ABŞ-ın xarici siyasət rəhbəri ABŞ-ın İraq və Suriyadakı zərbələrinə toxunaraq, “Son bir neçə gündə nümayiş etdirdiyimiz cavab davam edəcək” deyib. (Tass)