İsrailin kəşfiyyat xidməti Mossad Qətər vasitəsilə Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı Fələstinin radikal HƏMAS hərəkatından cavab alıb və onu öyrənir. Bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.
“Həmas-ın Qətər vasitəçisinin Mossad-a çatdırdığı cavab danışıqlarda iştirak edən bütün tərəflər tərəfindən ətraflı öyrənilir”, – deyə məlumatda bildirilir. (Tass)