Fələstinin radikal HƏMAS hərəkatının İsraillə yeni saziş təkliflərinə cavabı razılaşma əldə etmək şansı yaradır. Bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken Təl-Əvivdə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İsrail rəhbərliyi ilə görüşlər zamanı o, Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı yeni saziş layihəsinə HƏMAS-ın reaksiyasını müzakirə edib. “Bu müzakirələr haqqında deyə bilərəm ki, HƏMAS-ın cavabında açıq-aşkar işlənməyən [müddəalar] olsa da, bunun razılaşma əldə olunması üçün yer yaratdığını düşünürük”, – deyə Blinken bu istiqamətdə işləməyə davam etmək niyyətində olduğunu vurğulayıb. (Tass)