İyun 20, 2025-1:16
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan və Türkiyə pensiya sahəsində əməkdaşlıq edəcək

2024:02:08 - 11:14
in SİYASƏT
A A

Azərbaycan və Türkiyə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri pensiya və müavinətlə təminatı, sosial müdafiəsi sahəsində qarşılıqlı fəaliyyət üzrə danışıqlar aparır.

Nazirlikdən “Report”a verilən məlumata görə, bununla əlaqədar Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyində olub.

Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlığa dair 17 iyul 1998-ci ildə imzalanmış sazişin müasir dövrün tələblərinə uyğun yenilənməsi işləri aparılır.

Məqsəd saziş çərçivəsində hər iki ölkə vətəndaşlarının sosial müdafiə alətləri ilə əhatə olunma dairəsinin genişləndirilməsidir. İki Nazirliyin ekspertləri arasında keçirilən görüşdə sözügedən sazişin yeni layihəsinin mətni razılaşdırılıb və hazırda bu sənəd üzərində qarşılıqlı olaraq texniki düzəlişlər həyata keçirilir.

Səfər çərçivəsində nümayəndə heyətinin Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Adnan Ertem, Türkiyə Sosial Müdafiə Qurumunun sədri Raci Kaya ilə görüşləri olub. Görüşlərdə iki ölkə arasında mövcud olan möhkəm qardaşlıq və dostluq münasibətlərinin sosial müdafiə sahəsini də əhatə etdiyi vurğulanıb. Sosial müdafiə sahəsində əməkdaşlığın bundan sonra da daim genişlənəcəyinə əminlik ifadə olunub.

Yenilənmiş saziş layihəsi hər iki ölkə vətəndaşlarının pensiya və müavinətlə təminatı, sosial müdafiəsi sahəsində qarşılıqlı fəaliyyət üzrə əməkdaşlığı nəzərdə tutur.

Əvvəlki Yazı

Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş poçt markası buraxılacaq

Növbəti Yazı

Əli Əsədov Qazaxıstanın yeni Baş nazirini təbrik edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.