İyun 19, 2025-10:07
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Gələcək Azərbaycan Partiyası Prezident İlham Əliyevi təbrik edib

2024:02:08 - 11:29
in SİYASƏT
A A

Gələcək Azərbaycan Partiyası bəyanat yayıb.

“Report” xəbər verir ki, bəyanatda deyilir:

“Azərbaycanda keçirilən hər bir seçkini ölkəmizdə siyasi təsisatların daha da təkmilləşməsi, özünü sınaması və uğurlu təcrübələr qazanması baxımından əhəmiyyətli hesab edən Gələcək Azərbaycan Partiyası 7 fevral tarixində keçirilmiş Prezident seçkilərinə də bu baxımdan müsbət yanaşmışdır. Gələcək Azərbaycan Partiyasının ötən ilin dekabr ayında keçirilən toplantısında Prezident seçkiləri məsələsi müzakirə edilmiş və partiyamızın Azərbaycan xalqının qalib Ali Baş Komandanı İlham Əliyevi dəstəkləyəcəyi və seçkilərdə müşahidəçi kimi iştirak etməyi haqqında qərar qəbul olunmuşdur.

Partiyanın qərarına uyğun olaraq üzvlərimiz ölkə ərazisindəki müxtəlif dairələrdə və Məntəqə Seçki Komissiyalarında müşahidəçi kimi qeydiyyatdan keçmiş və seçki günü səsverməni yaxından izləmişdir. Gələcək Azərbaycan Partiyasının üzvləri səsverməni müşahidə edərkən hansısa neqativ halla qarşılaşmamış və qanun pozuntularına rast gəlinməmişdir. Hər bir məntəqədə səsvermə prosesi 10, bəzən isə 15 nəfərə yaxın müşahidəçinin gözləri qarşısında şəffaf, demokratik və azad şəkildə keçirilmişdir.

7 fevral seçkiləri öz miqyasına və aktivliyinə görə bundan əvvəlki seçkilərdən xeyli fərqlənmişdir. Belə ki, səsvermə hüququ olan əhalinin böyük əksəriyyəti seçkidə iştirak etmək üçün günün müxtəlif saatlarında məntəqələrə gəlmişdir. Əsas seçici aktivliyi günün birinci yarısında müşahidə edilmişdir. Səsvermə prosesi boyu seçicilərə hansısa təzyiqlər edilməsinə, yaxud onların fikrini qarışdıra biləcək təbliğat materiallarına rast gəlinməmişdir.

Vətən müharibəsinin qalibi olan Azərbaycan xalqının bu seçkilərə yanaşması və öz Ali Baş Komandanına səs verərək onu yenidən qalib etməsi üçün qətiyyət göstərməsi seçkini izləyənləri heyrətləndirmişdir. Bunun nəticəsi olaraq Yeni Azərbaycan Partiyasının namizədi, ölkə Prezidenti İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq yenidən Azərbaycan Prezidenti seçilmişdir. Biz seçkinin nəticələrini legitim hesab edir və Prezident İlham Əliyevin yeni qələbəsi münasibətilə səmimi qəlbdən təbrik edirik. Hesab edirik ki, bu seçkini məhz Azərbaycan xalqı və dövləti qazanmışdır”.

Əvvəlki Yazı

Yol polisi dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib

Növbəti Yazı

Samir Şərifov: “Əlavə gəlirlər və qənaət olunan vəsaitlər ilk növbədə Qarabağa yönəldiləcək” – MÜSAHİBƏ

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.